Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:26

BMT seçki məhbuslarına işgəncə barədə 300-dən çox şikayət alıb


BMT-nin işgəncələrə dair xüsusi məruzəçisi hesab edir ki, İranda prezident seçkisindən sonra keçirilən etiraz aksiyalarında tutulanlara işgəncə verilməsi barədə iddialar araşdırılacaq.

Məruzəçi Manfred Nowak deyir ki, etiraz aksiyalarında tutulmuş bu məhbuslara işgəncə verilməsinə dair 300-dən artıq halla bağlı məlumat alıb. Onların əksəriyyəti hökumət aleyhinə hərəkətlərdə guya etiraflar etməsi üçün məhbusların döyülməsi, elektrik şok aparatına qoşulması, onlara fiziki və psixoloji təzyiq göstərilməsi ilə bağlı şikayətlərdir.

Manfred Nowak bildirir ki, kimsə ona işgəncə verildiyi barədə şikayət edirsə, hökumət onun araşdırılmasına şərait yaratmağa borcludur.
Amma o, bu cür araşdırmanın nə vaxt olacağını bilmədiyini deyir.
XS
SM
MD
LG