Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Avropa Birliyi Putinin separatçı bölgəyə səfərini pisləyir


Avropa Birliyi Rusiyanın baş naziri Vladimir Putinin Gürcüstanın separatçı bölgəsi olan Abxaziyaya səfərini pisləyir. Birlik hesab edir ki, Putin avqustun 12-də baş tutan bu səfəri üçün əvvəlcə Gürcüstandan razılıq almalı idi.

Bu gün yayılan məlumatda deyilir ki, Avropa Birliyi hesab etmir ki, bu səfər ərazi bütövlüyü prinsipinə uyğundur və regionda sabitlik yaradılması çün beynəlxalq cəhdlərə kömək edir.

Keçən ilin avqustunda Gürcüstanla qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın iki separatçı bölgəsini – Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG