Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:42

Kadırov “Memorial”dan 10 milyon rubl istəyir


Moskvada məhkəmə Çeçenistanın prezidenti Ramzan Kadırovun Rusiyadakı “Memorial” İnsan Haqları Təşkilatına qarşı iddiasına baxacaq.
Ramzan Kadırovun vəkili bildirib ki, artıq bütün lazım olan sənədləri məhkəməyə verib.

Çeçenistanın prezidenti iddia edir ki, “Memorial”ı onu insan haqları fəalı Nataliya Estemirovanın qətlində ittiham etməklə onun nüfuzuna zərbə vurub. Ona görə də “Memorial”ın rəhbəri Oleq Orlov 10 milyon rubl (təxminən 312 000 dollar) cərimə ödəməlidir.

Hələlik məhkəmənin dəqiq vaxtı məlum deyil.

İyul ayında Nataliya Estemirova qətlə yetiriləndən az sonra daha bir hüquq müdafiəçisi və onun əri Qroznı yaxınlığında öldürüldü. İnsan haqlarını müdafiə təşkilatları bu qətllərə görə Ramzan Kadırovun rejimini günahlandırırlar.
XS
SM
MD
LG