Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:28

Samuxun su təminatının yenidən qurulmasına 5 milyon avro ayrılıb


Samuxun su təminatının yenidən qurulması üçün Dünya Bankından 5 milyon avro vəsait ayrılıb. Həyata keçiriləcək layihə Gəncənin içməli suya olan tələbatının yaxşılaşdırılması işləri ilə paralel aparılacaq.

Bu haqda məlumat verən Samux Su-Kanal İdarəsinin rəisi Süleyman Cəfərov bildirdi ki, «Azərsu» ASC tərəfindən hazırlanmış layihə əsasında rayon ərazisində təxminən 500 tona yaxın su tutumu olan anbarın tikilməsi nəzərdə tutulub, həmçinin köhnə xəttlərin yenilənməsi də planlaşdırılır.

Eləcə də 10-15 min metr uzunluğunda ana xəttlərin yenilənməsi də nəzərdə tutulub.

S.Cəfərov bildirir ki, layihənin icrasına təxminən bu ilin sonuna kimi başlanacaq.
XS
SM
MD
LG