Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Leonid Kravçuk Rusiyanı Ukraynanın işinə qarışmamağa çağırır


Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk bildirir ki, Rusiya Ukraynaya nə etmək lazım olduöunu diqtə etməməlidir. O, “Azadlıq” radiosunun Ukrayna redaksiyasının müxbiri ilə söhbətdə bildirib ki, hər iki ölkə fikir ayrılıqlarını aradan qaldırıb əməkdaşlıq üçün yollar tapmalıdır.

Kravçuk deyib ki, ukraynalılar özlərinə prezident seçəcəklər, Rusiyaya yox. Ona görə də biz Rusiyanın daxili işlərinə qarışmadığımız kimi Rusiya da Ukraynanın daxili işlərinə qarışmamalıdır.

Keçmiş prezident hesab edir ki, anlaşılmazlığın qarşısını almaq hər iki tərəfin işidir və onlar bunu etməlidirlər.

Bir qədər əvvəl Rusiya prezidenti Dmitri Medvedev Ukrayna prezidentinə açıq məktub göndərərk onu NATO-ya can atmaqda, Gürcüstana silah verməkdə ittiham edib. Hələlik prezident Yuşenkonun bu məktuba cavabı yoxdur.
XS
SM
MD
LG