Filippinin cənubunda əsgərlərlə müsəlman partizanları arasında toqquşma olub, nəticədə azı 45 nəfər ölüb. Ölənlərdən 22-i ekstremist, 23-ü isə əsgərdir. Komanda heyətinin məlumatına görə, hərbçilər Əbu Səyyəf islam qruplaşmasının döyüşçü hazırlığı düşərgəsinə hücum ediblər.
Əbu Səyyəf qruplaşması, bəzi məlumatlara görə, Əl-Qaidə ilə əlaqəlidir və ölkədəki bir çox hadisələrdə əli var.