Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:01

Rusiya Abxaziyaya 405 milyon dollar verəcək


Rusiya Abxaziyanın müdafiəsinə yarım milyard dollardan çox yardım vəd edib.

Rusiyanın baş naziri Vladimir Putin Gürcüstanın bu separatçı bölgəsinə səfər ərəfəsində deyib ki, Moskva sərhədlərin qurulması və ordakı Rusiya bazalarının təhcizatı da daxil olmaqla Abxaziyanın müdafiə qabiliyətinin gücləndirilməsinə 504 milyon dollar ayıracaq.

Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

Vladimir Putin bu gün deyib ki, bu müharibə Gürcüstana dərs olmalıdı.

Hazırda Rusiyanın bu bölgılərdə hərbi bazaları və minlərlə canlı qüvvəsi var.
XS
SM
MD
LG