Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:06

«Medvedevin məktubu aqressivdir»


Ukrayna hökuməti Rusiya prezidenti Dmitri Medvedevin məktubunu «aqressiv» adlandırıb. Bu barədə Viktor Yuşşenkonun köməkçisi Vera Ulyançenkonun bəyanatında deyilir.

O bldirib ki, Medvedevin təcavüzkar tonu nəinki Ukrayna prezidenti V. Yuşşenkoya, o cümlədən xalqa qarşıdır.

Bildirilir ki, Kiyev Medvedevin məktububa rəsmi cavab hazırlayır.

Buna qədər Rusiya prezidenti Ukrayna rəhbərliyini kəskin tənqid edib. Bildirib ki, Kiyev Rusiya əleyhinə siyasət aparır və iki tərəfli münasibətləri gərginləşdirir.

Ukrayna prezidenti V. Yuşşenkoya ünvanlanan açıq məktubda Medvedev deyib ki, o, Kiyevə yeni səfir göndərməyi münasibətlər düzələnə qədər təxirə salacaq.
XS
SM
MD
LG