Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:36

BMT müxalifətçi ilə bağlı bəyanatı təxirə salıb


BMT Təhlükəsizlik Şurası myanmalı müxalifətçinin həbsini pisləyən bəyanat verməyi təxirə salıb. Avqustun 11-də Fransa Şuranın təcili iclasını çağıraraq, Aunq San Su Çinlə bağlı bəyanat verilməsini istəyib. Ancaq Çin, Rusiya, Vyetnam və Liviya buna qarşı çıxıblar.

ABŞ - Şuranın 15 üzvünün yekdilliklə 64 yaşlı Nobel sülh laureatı Su Çinin yenidən ev dustaqlığına məhkum edilməsini pisləyən bəyanat verilməsinə çalışır.

Birmanının əsas ticarət partnyoru olan Çin və Rusiya əvvəllər də bu cür addımların qarşısını alıb.

Myanmalı müxalifətçi 18 aylıq ev dustaqlığına məhkum olunub. O, ev dustaqlığı qaydalarını pozmaqda ittiham olunur.
XS
SM
MD
LG