Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Metyu Brayza Bakıda görüşlərə başlayıb


ABŞ dövlət katibinin köməkçisinin müavini, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıya səfərə gəlib.

Diplomatın rəsmi şəxslərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü nəzərdə tutulur.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza Tbilisidə olarkən bildirib ki, onu karyeralı diplomat Tina Kaidanow əvəz edəcək. Bu cənab Brayzanın həmsədr kimi Bakıya sonuncu səfəridir.
XS
SM
MD
LG