Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:35

Rusiyada hüquq müdafiəçiləri hakimiyyətdən təminat tələb edir


Rusiyada bir qrup insan hüquqlarını müdafiə təşkilatı bu gün bəyanat yayaraq hakimiyyətdən tələb ediblər ki, Qafqazda onların təhlükəsizliyinə təminat verilsin.

Hüquq müdafiəçiləri son vaxtlar Şimali Qafqazda hüquq müdafiəçilərinin tez-tez qətlə yetirilməsindən, oğurlanaraq onlara işgəncə verilməsindən narahat olduqlarını deyirlər.

Bu gün çeçen hüquq müdafiəçisi Zarema Sadulayeva və onun əri qətlə yetirilib. Rusiya hüquq müdafiəçiləri bu qətli qanunsuz edam adlandırırlar. Onlar hakimiyyətdən bur terrorları dayandırmağı və qatilləri cəzalandırmağı tələb edir.

Keçən ayın ortasında Çeçenistanda insan haqları müdafiəçisi Natalya Estemirova da qətlə yetirilmişdi.
XS
SM
MD
LG