Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:15

Adam öldürən heykəl bərpa olunacaq


Belorus rəsmiləri qırılaraq bir adamın ölümünə səbəb olmuş Vladimir İliç Leninin heykəlini bərpa edəcəklərini deyirlər.

Şəhər Şurasının sədri bildirib ki, həmin heykəl tamamilə bərpa olunacaq.

Dünən səhər tezdən Belorusun Uvaravichy şəhərində 21 yaşlı bir cavan oğlan Leninin heykəlinə dırmaşarkən o qırılıb gənci öldürmüşdü.

Adı açıqlanmayan həmin gənc yedi metr hündürlüyündə heykələ dırmaşıb onun qolundan sallaşmağa çalışıb. Heykəl sınıb yerə yıxılan gənc ağır yaralanıb, xəstəxanada isə keçinib.
XS
SM
MD
LG