Keçid linkləri

2026, 16 Avqust, bazar, Bakı vaxtı 07:50

Polşa əsgəri Əfqanıstanda həlak olub

Əfqanıstanda Talibanla döyüşdə Polşa zabiti öldürülüb. Polşanın Müdafiə Nazirliyi 32 yaşlı kapitan Daniel Ambrozinskinin cəsədinin bu gün tapıldığını bildirir.

O, 2002-ci ildən bəri Polşanın Əfqanıstanda verdiyi 10-cu itkidir. Atışmada dörd Polşa əsgəri də yaralanıb.

Əfqanıstan və Polşa piyada hərbçilərindən ibarət 50 nəfərlik dəstə dünən Talibanın atəşi altına düşüb.

Əfqanıstandaavqustun 20-də keçiriləcək prezident seçkisi ərəfəsində koalisiya qüvvələrinə qarşı hücumlar güclənib.
XS
SM
MD
LG