Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:27

Musəvinin yardımçıları ölənlərin 69 nəfər olduğunu deyir


İran müxalifətinin lideri Mirhüseyn Musəvinin yardımçıları son prezident seçkisindən sonra baş verən etiraz aksiyalarında 69 adamın öldürüldüyünü bildirirlər.
Rəsmilər isə həmin hadisələrdə 30 adamın öldüyünü bildirir. Amma Musəvinin yardımçısı Əli Rza Behişti öldürülmüş 69 adamın adı yazılmış siyahını bu gün parlamentə təqdim edib.

Bəzi internet mənbələrində ölənlərin sayının hətta, 365 nəfər olduğu qeyd edilir.

Müxalifət rəsmi məlumata görə Mahmud Əhmədinejadın ikinci dəfə seçildiyi bu seçki saxtalaşdırlıb. Etiraz aksiyalarında tutulan 100-dən çox adam da hələ həbsdədir.
XS
SM
MD
LG