Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Telman İsmayılovun tərbiyəsi


Telman İsmayılov
Telman İsmayılov
Antalyada tikdirdiyi Mardan oteli ilə haqqında çox söhbət etdirən rus-azəri iş adamı Telman İsmayılov barədə eşitmisiniz.Dünyanın ən varlı adamlarından biridir. Keçən həftə onunla bağlı maraqlı bir hadisənin şahidi oldum və bunu sadəcə özüm üçün saxlamağa haqqım olmadığını düşündüm. Rus-azəri ənənəsində mədəniyyətin çox önəmli yeri olduğuna görə, Telman İsmayılov keçən həftənin cümə axşamı konsertimizə gələcəkdi.

Necə ki gəldi, amma baxın necə?

Antalyadan oğluyla yola çıxıb; aeroporta gedib xüsusi təyyarəsinə minib, bir saat sonra Sabiha Gökçen adına aeroporta eniblər. Oradan cümə gününün axşamüstü tıxacında teatra gəlmələri də iki saat çəkib.Axşamüstü səhnədə məşq edəndə bir də baxdım ki, İsmayılov qarşımda durub. «Demək, konsertə vaxtından əvvəl gəldi» - deyə düşündüm. Ancaq vəziyyət fərqli imiş. «Bu axşam Moskvadan mühüm qonaqlarım gəlir. Buna görə konsertdə iştirak edə bilməyəcəm, üzr istəyirəm» - dedi. Çaşıb qaldım. «Yaxşı, onda niyə burdasan?» - deyə soruşdum. «Konsertə gələcəyimi demişdim. Zəng edib «işim çıxdı» - demək hörmətsizlik olardı, buna görə də gəlib özüm demək istədim. İndi sizi 5 dəqiqə görüb geri qayıdacağam»-dedi. Çaşbaş qaldım. İnsan bunu İstanbulda belə etməz - hələ onda qala Antalyadan gəlib-getmək. «Çox təşəkkür edirəm. Heç olmasa, bir stəkan çayımı iç» - dedim. Səhnənin arxasına keçdik, bir stəkan çay içdik.

Sonra maşınına mindi, o tıxacda Sabiha Gökçen adına aeroporta getdi və oradan Antalyaya uçdu. İsmayılovun davranışı məni çaşbaş salmışdı. Ancaq tanıyanlar onun belə bir insan olduğunu dedilər. Yaş fərqinə diqqət yetirən son dərəcə fərqli bir mədəniyyət ənənəsindən gəlir.

Onun üçün ata, böyük qardaş ya da yaşda böyük olan bir adam - qəti şəkildə hörmət edilməsi lazım olan insandır. Oğlu onun yanında süfrədə oturmur, özü də ondan böyüklərə qarşı o şəkildə davranır.1986-cı ildə Qırğızıstana gedəndə Çingiz Aytmatova, Yaşar Kamala «Ağsaqqal» deyəndə çaşıb qalmışdım. Sən demə, bu söz hörmət əlaməti kimi işlədilirmiş. Yaşar Kamalı süfrənin yuxarı başına otuzduranda «Bu yer Əlişir Nəvainin yeridir» - demişdilər.

Aradan illər keçdi, indi Telman İsmayılov mənə «Ağsaqqal» deyir. Buna feodal mədəniyyəti-zad deyə bilərsiniz, ancaq bu cılızlaşan dünyada ənənələrin də xoş tərəfləri var.

Son bir qeydim açıq hava teatrı ilə bağlıdır.

Bob Dylandan Leonard Cohenə qədər bir çox əcnəbi ulduzun konsert verdiyi bu yer insanın içinə acı verəcək durumdadır. Bunu ağlın qəbul etməsi mümkün deyil. İsmayılovun «Bura haradır?» sualına «İstanbulun ən prestijli konsert yeri» - cavabını verəndə onun üzündəki çaşbaşlığı görməyinizi istəyərdim.

«Bura niyə bu vəziyyətdədir? İstanbula yaraşmır. Niyə bir neçə yüz min dollar xərcləyib düzəltdirmirlər?» - dedi. Antalyada bir otelə 1 milyard dollar xərcləyən adam bu boyda İstanbulun konsert salonuna heyrət edirdi.

Həqiqətən də solistlərin səhnəyə çıxmaq üçün istifadə etdikləri hamamı və tualeti olmayan bir konsert salonunu ilk dəfə görürəm. O boyda Leonard Cohenin konsertdən əvvəl aşağı mərtəbələrə enib tualet axtarmaq məcburiyyətində qalması heç xoşa gələn bir şey deyildi. Təşkilatçılardan öyrəndiyimə görə, bələdiyyə konsertlər üçün buranı çox yüksək qiymətə kirayələyir.

Bir az düzəltsələr, el-obanın qabağında da pis vəziyyətdə qalmarıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG