Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:48

Sulutəpədəki toqquşma ilə bağlı daha 4 nəfər saxlanıldı


Baş vermiş toqquşmada 20 nəfər rəsmi şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Sulutəpə yaxınlığında vətəndaşlarla Dövlət Neft Şirkətinin əməkdaşları və polis arasında baş vermiş kütləvi iğtişaşla əlaqədar daha 4 nəfər saxlanılıb.

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Bundan bir neçə gün əvvəl isə iğtişaşların iştirakçıları olan 3 nəfər saxlanılıb.

Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.

Binəqədi rayon Polis İdarəsindən həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarının hamısı evə buraxılıb.

Sulutəpə qəsəbəsi ərazisində, Hökməli kəndi yaxınlığında vətəndaşlarla rəsmi şəxslər arasında qarşıdurma avqustun 5-də baş verib. Nəticədə neft şirkəti işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG