Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Daha bir çeçen hüquq müdafiəçi qətlə yetirilib


Qroznı yaxınlığında daha bir çeçen hüququ müdafiəçi və onun həyat yoldaşının meyiti tapılıb.

Avqustun 10-da Zarema Sadulayeva və həyat yoldaşını özlərini hüquq mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər naməlum istiqamətdə aparıb.

«Memorial» insan haqları qrupundan Aleksandr Çerkasov deyib ki, hər ikisinin meyiti paytaxtdan kənarda aşkarlanıb.

Z. Sadulayeva «Nəsilləri xilas edək» adlı Qeyri Hökumət Təşkilatına rəhbərlik edirdi. Bu təşkilat son 15 ildə Çeçenistanda hərbi əməliyyatlar zamanı zərər çəkmiş gənclərə və şikəstlərin uşaqlarına yardım edir.

Bu hadisədən əvvəl Qroznıda - iyulun 15-də daha bir insan haqları fəalı Natalya Estemirovanın meyiti tapılıb.
XS
SM
MD
LG