Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

Fəlakətin qarşısını almaq üçün 10 ildən az vaxt qalır


Qlobal iqlim dəyişikliklərinin bütün planet və insanlar üçün katostrofik miqyaslara keçməsinin qarşısını almaq 10 ildən az vaxtı qalır. BMT-nin Baş Katibi Ban ki Mun iqlim dəyişikliyi ilə bağlı avqustun 10-da başlanan beynəlxalq konfransda belə deyib.

Almaniyada, Bonnda başlanan BMT-nin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransında 180 ölkədən 1200 nümayəndə iştirak edir. Konfrans ilin sonunda keçiriləcək Kopenhagen sammitinə hazırlıq məqsədi daşıyır. Dünyanın inkişaf etmiş dövlətləri ümid edirlər ki, 2012-ci ildə bitəcək olan Kyoto protokolunun yeni verisyasını həmin konfransda imzalaya biləcəklər.

BMT-nin Baş Katibi Ban Ki Mun konfransada dünya dövlətlərini atmosferə buraxılan zərərli qazların miqdarını yubatmadan azaltmağa çağırıb. Ban Ki Mun deyib ki, qlobal iqlim dəyişikliklərinin bütün planet və insanlar üçün katostrofik miqyaslara keçməsinin qarşısını almaq 10 ildən də az vaxtı qalıb.
XS
SM
MD
LG