Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 15:36

İsrail Qəzzanın Misirlə sərhədini bombalayıb


Israil təyyarələri Qəzza zolağının Misirlə sərhədindəki yeraltı tunelləri bombalayıblar. Son iki ayda ilk dəfədir ki İsrail təyyarələri bu cür hava hücumu təşkil eləyib. Hücumda xəsarət alanlarla bağlı hələ ki, heç bir məlumat yayılmayıb.

Baş naziri Benyamin Netanyahu deyib ki, hücum İsrail ərazisinin Qəzzadan raketlərlə atəşə tutulmasına cavab olub və qarşı tərəfdən atılan bir güllə də cavabsız qalmayacaq.

Atəşə tutulan tunellərdən Qəzza sektorunun blokadası zamanı Misirlə əlaqə üçün istifadə edilirdi. İsrail isə həmin tunellər vasitəsilə Qəzzaya silah gətirildiyini iddia eləyir.
XS
SM
MD
LG