Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:27

Rəfsəncani cümə namazından imtina elədi


İranda müxalifətin etirazlarını dəstəkləyən nüfuzlu ruhanilərindən Əli Əkbər Haşemi Rəfsancani bu həftəki cümə namazını aparmaqdan imtina eləyib.
Cümə namazının təşkilatçıları bildiriblər ki, Rəfsancani "hər hansı siyasi böhtana imkan verməmək" üçün bu addımı atdığını bildirib. Ötən ay Tehrandakı cümə namazında çıxış edən Rəfsancani seçkidən sonra həbs edilənləri azadlığa buraxmağa çağırmışdı.

Bu həftəki cümə namazında iştirak eləməklə bağlı qərardan öncə isə, islahatçıların namizədlərindən biri Mehdi Kərrubi Rəfsancaniyə açıq məktub yazmışdı. Məktubda seçkidən sonra həbs olunan bir neçə gənc qız və oğlanın həbsxanada zorlandığını Rəfsəncaninin diqqətinə çatdırmışdı.
XS
SM
MD
LG