Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:04

Babadağ ziyarətgahında bir nəfər soyuqdan donub ölüb


Avqustun 7-8-də İsmayıllının Babadağ ziyarətgahında bir neçə nəfər soyuqdan donub.

Ziyarətgaha qalxan İsmayıllı sakini Rahim Xələfli AzadlıqRadsouna bildirib ki, onlar dağa qalxan zaman yolda donmuş iki kişi meyiti ilə qarşılaşıblar: «Bir qadınla uşaq da donmuşdu. Amma sağ idilər. Onların aşağı apardılar».

Rahim Xələflinin sözlərinə görə, ölənlərdən biri yaşlı, digəri isə cavan olub.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, İsmayıllının Babadağ ziyarətgahında bir nəfər soyuqdan donub ölüb.
XS
SM
MD
LG