Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Beytullah Məsudun öldürülməsinə ABŞ 90 faiz inanır

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyms Cons Talibanın Pakistandakı liderinin öldürülməsi xəbərini qiyamçılar arasında parçalanmaya səbəb olmuş çox mühüm hadisə kimi qiymətləndirib.

O bildirib ki, Beytullah Məsudun çərşənbə günü Amerika hərbçilərinin raket zərbəsi nəticəsində öldürülməsi barədə məlumatın həqiqiliyinə Birləşmiş Ştatlar 90 faiz inanır.

Bir müddət əvvəl Taliban komandanı Vali-ur-Rəhman Beytullah Məsudun xələfinin müəyyən etmək məqsədilə Talibanın keçirdiyi toplantıda atışma baş verdiyi barədə Pakistan hökumətinin məlumatlarını təkzib etmişdi.


XS
SM
MD
LG