Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Amerika İranın cavabını çox gözləməyəcək


«İranın yenidən nüvə proqramı ilə əlaqədar danışıqlar masasına oturacağıyla bağlı Birləşmiş Ştatlarda illüziya yoxdur. Ona görə də Amerika Tehranın cavabını çox gözləməyəcək». Bunu Amerikanın dövlət katibi Hillari Klinton deyib.

Həm Klinton, həm də milli təhlükəsizlik müşaviri Ceyms Cons bugünkü müsahibələrində bildiriblər ki, İran hökuməti ilə danışıqlar məsələsində Vaşinqtonun seçim imkanları çox məhduddur.

Klinton deyib ki, ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün səylərini sentyabrda yenidən dəyərləndirəcək.


XS
SM
MD
LG