Keçid linkləri

2025, 20 İyul, bazar, Bakı vaxtı 02:04

Gürcüstanın qərbində güclü qasırğa olub


Gürcüstanın qərbində güclü qasırğa və daşqın baş verib.

Poti limanında burağan onlarla evin damını atıb, pəncərələri sındırıb.

Axalkalaki rayonunda isə sel bir neçə kəndi basıb.

Pis hava şəraitinə görə Kutaisi yaxınlığında 2 maşının toqquşması nəticəsində 6 adam ölüb.

Hazırda bərpa işləri gedir.

Hakim dairələr zərərçəkənlərə maaddi yardım vəd edib.
XS
SM
MD
LG