Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

Putin Gürcüstana xəbərdarlıq edib


Rusiyanın baş naziri Vladimir Putin Gürcüstanın Cənubi Osetiyaya yeni hücumunu istisna eləmir.

Vladimir Putin Soçidə Rusiya-Gürcüstan müharibəsinin ildönümünə həsr edilmiş mətbuat konfransında Tbilisiyə xəbərdarlıq edib ki, güc yoluyla danışmaq
faydasızdı.

Rusiya prezidenti Dimitri Medvedevsə dünən deyib ki, Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan imtina etməyəcək.

Medvedev dünən keçirilmiş mərasimdə ötən ilin avqustunda Rusiya-Gürcüstan müharibəsində iştirak etmiş əsgərləri medallarla təltif edib.

Həmçinin dünən Gürcüstandas avqust müharibəsində ölənlərin xatirəsi yad edilir.

Rusiya ötən il avqustun 8-də Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.
XS
SM
MD
LG