Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 00:10

Bakı Brayzanın bəyanatını şərh etməyə tələsmir


Rəsmi Bakı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağla bağlı Ermənistanda verdiyi bəyanatları şərh etməyə tələsmir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANS-ə bildirib ki, bu məlumatlar erməni informasiya agentliklərinin növbəti təxribatı da ola bilər.

Ona görə də, məsələyə Metyu Brayzayzanın özü ilə Bakıda aparılacaq danışıqlardan sonra münasibət bildiriləcək.

Ermənistan mətbuatının yazdığına görə, Metyu Brayza bildirib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Onun sözlərinə görə, 5 rayon dərhal qaytarılacaq, qalan 2 rayonun taleyi isə 5 il və ya bundan artıq müddətdə bəlli olacaq.

Dağlıq Qarabağın statusu isə bütün tərəflər buna hazır olanda müəyyən ediləcək.

Bunun dəqiq tarixini isə demək mümkün deyil.

Yəni güc tətbiq edilməməli, regionda beynəlxalq sülhməramlı qüvələr yerləşdirilməli, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ təmin olunmalıdır.

Aralıq dövr üçün regiona verilən müvəqqəti status isə yerli əhalinin keçirəcəyi seçkilərə qədər qüvvədə qalacaq və yalnız seçkilərdən sonra bu məsələ tam həllini tapacaq.

Metyu Brayza bu gün Yerevanda Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla görüşüb.

O Ermənistandan Azərbaycana gələcək, ölkə prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
XS
SM
MD
LG