Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

Son gün ərzində İraqda 50-ə yaxın adam ölüb


Son gün ərzində İraqda törədilmiş terror aktları nəticəsində 50-ə yaxın adam ölüb,onlarla adamsa yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə Mosulun şimalındakı kəndlərdən birində, şiə məsçidinin ətrafında törədilmiş partlayışda azı 38 adam ölüb.

Partlayışı intiharçı törədib.

Dünən Bağdadın əsasən şiələr yaşayan Sədr Siti rayonunda mikroavtobusun partladılması nəticəsində isə 6 nəfər ölüb,24 adamsa yaralanıb.

Bundan bir qədər sonra şəhərin sünnilər yaşayan başqa bir rayonunda törədilmiş partlayışda isə 6 adam ölüb, 35 nəfərsə yaralanıb.
XS
SM
MD
LG