Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

Ermənistan hökuməti gələn il “təkərin dönəcəyini” gözləyir


Ermənistanın baş naziri Tiqran Sarkisyan hesab edir ki, “iqtisadiyyatın dövriyyəsində dirçəliş dövrü” bu ilin sonundan başlanacaq. Baş nazir deyir ki, ilkin ehtimala görə “təkər yanvar ayından dönməyə başlayacaq.” Sarkisyan bu il üçün iqtisadiyyat 20 % aşağı düşəcəyini deyir.

Dünyada gedən maliyyə böhranından əziyyət çəkən Ermənistan son bir ildə beynəlxalq maliyyə təşkilatlarından və Rusiyadan 1 milyard dollara qədər borc alıb.

Ermənistan Mərkəzi Bankının keçmiş direktoru Bqarat Asatryan isə hesab edir ki, ölkə iqtisadiyyatı 2011-ci ildən tez dirçələ bilməyəcək.
XS
SM
MD
LG