Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 16:17

ABŞ zabitinə rüşvət təklifi edənləri 15 illik həbs gözləyir


Virciniyada iki əfqan-amerikalı zabitə 1 milyon dollar rüşvət təklif etmək ittihamı ilə həbs olunub.

Onlar Əfqanıstanda yol çəkilişi üçün 18 milyon dollarlıq müqaviləni almağa kömək etməsi üçün ABŞ ordusunun zabitinə 1 milyon dollar rüşvət təklif ediblər.

Həm ABŞ, həm də Əfqanıstan vətəndaşı olan 48 yaşlı Rohullah Farooqi Lodin və 38 yaşlı Haşmatullah Farooqi ittihamı qəbul edib. Amma zabitin pulu alıb-almadığı haqqında hələlik dəlil yoxdur.

Həmin iki nəfər oktyabrda saxlanıb. İttiham olunduqları cinayəti törətdikləri sübut olunsa, onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG