Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Zuqanov ABŞ səfirliyinin qarşsında etiraz aksiyası keçirib


Bu gün Rusiya communist partiyası ABŞ-ın Moskvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiya Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin ildönümü ilə bağlı keçirilən aksiyada partiyanın rəhbəri Gennadi Züqanov həmin hadisəni Rusiyanın sındırılması üçün cəhd adlandırıb:

- Bu, bizi sındırıb Amerika qlobalizminə və NATO generallarına tabe olmağa məcbur etmək üçün ilk cəhd idi. Macəraçı Saakaşvili və onun girovuna düşən adamlar uduzdular. Amma bu, bizim hamımız üçün bir dərs oldu. Ona görə də biz müharibənin ildönümü münasibətilə ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçirib öz fikrimizi birbaşa ifadə etmək istədik.

Zuqanov separatçı Abxaziya və Cənubi Osetiyaya Moskvanın himayəsini də dost köməyi adlandırıb.

Keçən avqustun 8-də Rusiya ilə Gürcüstan arasında qısamüddətli müharibədən sonra Moskva Gürcüstanın həmin separatçı bölgələrini dövlət kimi tanıyıb.
XS
SM
MD
LG