Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

«Cənub Axını» layihəsi imzalandı


Baş nazirlər «Cənub Axını» layihəsini imzalayır, Ankara, 6 avqust 2009
Baş nazirlər «Cənub Axını» layihəsini imzalayır, Ankara, 6 avqust 2009
Rusiya və Türkiyə qaz kəməri razılaşması imzalayıblar. Sənədi avqustun 6-da Rusiya və Türkiyənin baş nazirləri, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan imzalayıb. Hər iki dövlət rəsmisi deyib ki, «Cənub Axını» layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfəsini verəcək.

Razılaşmaya əsasən, kəmərin bir hissəsi Türkiyənin Qara Dəniz sularında çəkiləcək.

«Cənub Axını» Rusiyada Bolqarıstana uzanacaq, Avropa Birliyi istehlakçılarına qaz çatdıracaq.

Rusiya baş nazirinin müavini İqor Seçin deyib ki, layihənin tikintisi 2010-cu ilin noyabrında başlaya bilər.

Putinlə Ərdoğan nüvə əməkdaşlığı daxil olmaqla digər enerji razılaşmaları imzalayıblar.
XS
SM
MD
LG