Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:51

"Avrovaz" fəhlələri etiraz aksiyası keçiriblər


Rusiyanın ən böyük avtomobil istehsalçısı olan “Avtovaz”ın 2000 işçisi etiraz aksiyası keçirib. Onlar hökuməti – şirkəti milliləşdirməyə çağırıb və şirkət rəhbərliyinin istefa verməsini tələb ediblər.

Tolyatti şəhərində yerləşən “Avtovaz”ın istehsal etdiyi maşınlar qlobal böhrana görə çətin satılır və işçilər şirkətdə kütləvi ixtisarlar aparılacağından narahatdılar.

“Avtovaz”ın sahibi Fransanın “Reno” şirkəti və Rusiya dövlətidir.

Şirkət rəhbərliyi kütləvi ixtisarlar aparılmayacağını bildirir.

Amma sentyabrdan reallaşacaq plana görə, şirkət həftədə 20 saatlıq iş rejiminə keçəcək. İşçilər bu planın onların gəlirlərini azaldacağından ehtiyatlanırlar.
XS
SM
MD
LG