Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:14

Dindarlar da seksual həyat haqda dərslərdə iştirak etməlidir


Valideynlər dini əsas gətirib uşaqlarını seksual həyatla bağlı dərslərdən yayındıra bilməzlər.

Bu haqda avqustun 6-da Almaniyanın Ali Məhkəməsi qərar çıxarıb. (DPA)

Məhkəmə Şərqi Festfaliya bölgəsindən olan iki Baptist valideynin şikayətinə baxarkən bu qərarı çıxarıb.

Valideynlər məktəbin təşkil etdiyi karnaval zamanı cinsi zorakılıq haqda səhnəcik göstərilərkən uşaqlarını evdə saxlamaq üstündə 80 avro cərimələnib.

Almaniyada təhsil qanunları çox sərtdir, evdə təhsil qanunsuzdur, eləcə də dini və mədəni səbəblər əsas gətirilərək hansısa fəndən yayınma.
XS
SM
MD
LG