Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:17

Rəşid Cavanşir «BP Azərbaycan»ın prezidenti oldu


«BP Azərbaycan» şirkətinə yeni prezident təyin olunub. Rəşid Cavanşir öz yeni vəzifəsinin icrasına bu il sentyabr ayının 1-dən başlayacaq. O, bu vəzifədə TNK-BP-nin baş əməliyyat direktoru təyin olunmuş Bill Şreyderi əvəz edəcək.

Bu barədə BP şirkətinin yaydığı məlumatda deyilir.

Rəşid Cavanşir BP Azərbaycan şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşı olacaq. Onun rəhbərlik edəcəyi işlər BP-nin Azərbaycan və Gürcüstandakı bütün fəaliyyətini, həmçinin Türkiyədəki ixrac əməliyyatlarımızı əhatə edir.

Şirkət bildirir ki, yerli Azərbaycan vətəndaşının BP-nin rəhbəri təyin edilməsi şirkətin milli kadrlarla bağlı planının uğurlu nəticəsidir. “Bu planının əsas məqsədi yerli işçilərin inkişafına şərait yaratmaqla fəaliyyətimizin bütün sahələrində onların rəhbər vəzifələri tutmasına nail olmaqdır”.

Rəşid Cavanşir BP Azerbaycana rəhbərlik etməyə şirkətin birinci vitse-prezidenti kimi indiki vəzifəsindən irəli çəkilir. Onun BP-də müxtəlif rəhbər vəzifələrdə 14-illik iş təcrübəsi var.
XS
SM
MD
LG