Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

Əfqanıstanda partlayışda 21 sakin ölüb


Əfqanıstanın cənubunda partlayış zamanı 21 dinc sakin ölüb. Ən azı 5 nəfər yaralıdır.

Helmand vilayətinin polisi bildirib ki, ölənlər arasında qadınlar və uşaqlar var.

Məlumata görə adamların olduğu qoşqulu traktor yolda minaya düşüb. Onlar toya gedirmiş.

Minlərlə ABŞ və Britaniya əsgəri bu regionda taliban yaraqlılarına qarşı əməliyyatlar aparır. Helmand vilayəti taliban qiyamçılarının mərkəzlərindən biridir.
XS
SM
MD
LG