«Armİnfo» agentliyi:
Türkiyəli ekspert hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyan “Yol xəritə”sində göstərilən razılaşmaların icrasının ləngiməsinə görə Ankaraya irad tutmaqda haqlıdır.
Türkiyənin Orta Doğu Texniki Universitetində Avropa Araşdırmaları Mərkəzinin eksperti Burcu Gultekin “АрмИнфо”nun müxbirinə daha sonra deyib:
“Ermənistan tərəfi düzgün olaraq ikitərəfli münasibətlərin ilkin şərt olmadan normallaşdırılmasında təkid edir. Hələlik Ankara sərhədi açmaq üçün konkret heç bir addım atmır”.
Burcu Gultekin deyir ki, hətta, bu ölkələrin futbol yığmalarının görüşünə - oktyabra qədər sərhəd açılmasa da Sarkisyan öz istəyini reallaşdıra bilər. Abdulla Gül onu elə sərhəddəki yaşayış məntəqələrindən birində də qarşılaya bilər.
***
Bu ilin əvvəlindən bəri Azərbaycan atəşkəs rejimini 2816 dəfə pozub. Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, təkcə iyulun 27-dən avqustun 3-ə qədər Azərbaycan atəşkəsi 75 dəfə pozub.
İlin əvvəlindən baş verən bu hadisələrdə üç erməni (onlardan biri mülki şəxsdir) ölüb, 14 nəfər yaralanıb.
Atəkəsin pozulması 2006-cı ildə 600, 2007-ci ildə 1500, 2008-ci ildə 3500 dəfə olmuşdu.
«ArmenPress» agentliyi:
ATƏT-in Minsk Qrupunun həmsədrləri məlumat veriblər ki, “Madrid prinsipləri”nin yenilənmiş variantını payızada bölgəyə səfər edərkən tərəflərə təqdim edəcəklər.
ABŞ-dan olan həmsədr Metyu Brayza regiona avqustda, Bernar Fasye sentyabrın əvvəlində, daha sonra isə həmsərdlərin hər üçü bir yerdə sentyabrın sonunda regiona gələcəklər.
Tert.am internet qəzeti:
Ermənistan idmançıları Şanxayda keçirilən ox atıcılığı üzrə Dünya Kubokuna gedə bilmir. Bizimkilər heç sentyabrda Koreyada keçiriləcək Dünya Çempinatında da iştirak edə bilməyəcəklər.
Ermənistan milli komandasının baş məşqçisi Boris Vasilyan bildirir ki, beynəlxalq iqtisadi böhrana görə yaranan maliyyə çətinliyi erməni idmançıların beynəlxalq yarışlarda iştirakına imkan vermir.
İlin əvvəlində dövlət büdcəsində idmanın bu növü üçün 10 milyon dram (27 000 dollar) ayrılmışdı. Amma sonradan həmin məbləğ 2 milyon drama (5 000 dollar) endirildi.
Erməni milli komandasının Koreyada keçiriləcək Dünya Çempinatında iştirak edə bilməsi üçün 2.5 milyon dram (6700 dollar) lazımdır.