İranın «Səhər» televiziyasının iki əməkdaşı 10 gündən çoxdur ki, Dövlət Miqrasiya İdarəsində saxlanır. Televiziyanın Azərbaycan xidməti üzrə rəhbəri Bürhan Hişməti «Azadlıq» radiosuna bildirib ki, onların əməkdaşları Azərbaycana mədəni-ictimai yönlü veriliş hazırlamaq üçün gəliblər. Müsahibimiz deyir ki, ayrı-ayrı bölgələrdə çəkiliş aparsalar da, Lənkəranda polis jurnalistlərin fəaliyyətinə mane olub:
JURNALİSTLƏR HARADADIR?
«Bakıda, Şamaxıda olublar. Lənkəranda da çəkiliş aparmağa gedəndə, təəssüflər ki, polis özbaşınalığı ucbatından yaxalanıblar».
Lənkəran polis idarəsindən isə Azadlıq radiosuna bildiriblər ki, İran vətəndaşlarının sənədləri qaydasında olmayıb:
«Viza müddəti başa çatmışdı. Polis idarəsində iki saat saxlandıqdan sonra Azərbaycan Dövlət Miqrasiya Xidmətinə təhvil veriliblər».
Hərçənd Miqrasiya Xidmətinin mətbuat katibi Zərnişan Ağayeva onlarda belə bir məlumat olmadığını bildirir:
Daxili işlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə polisin ünvanına söylənən iradları qəbul etmir, deyir ki, İranlı jurnalistlər viza müddəti bitəndən sonra 7 gün ölkə ərazisində icazəsiz yaşayıblar, ona görə də polis qanunauyğun tədbirlər görüb:
«Necə yəni, polis özbaşınalığı olub? İran tərəfi nə deyir, mən bilmirəm. Azərbaycan polisi ölkə daxili ictimai asayişi və təhlükəsizliyi təmin eləyir».
İRAN SƏFİRLİYİ: «SƏNƏDLƏRİ QAYDASINDA DEYİL»
Jurnalistlərin viza müddəti bitməyib. Bunu isə «Səhər» televiziyanın Azərbaycan xidməti üzrə rəhbəri Bürhan Hişməti deyir. Onun sözlərinə görə, jurnalistlərin saxlanması qanunsuzluqdan başqa bir şey deyil. İranın Azərbaycandakı səfirliyi isə vətəndaşlarını azad etmək üçün danışıqlar aparır. Ancaq səfirlik jurnalistlərin saxlanmasını «onların sənədlərinin qaydasında» olmamağı kimi izah eləyir və başqa açıqlama vermir. Səfirliyin mətbuat xidmətindən Abbas İsgəndəriyyə:
«Sənədləri qaydasında deyil. Onun üçün saxlanıblar. Tezliklə onlar buraxılacaqlar».
Bürhan Hişməti isə iranlı jurnalistlərə artıq bilet alındığını və avqustun 5-də AZAL-ın Bakı-İran reysi ilə göndəriləcəyini bildirir:
JURNALİSTLƏR SABAH DEPORTASİYA OLUNACAQLAR
«Bizə dedilər ki, sabah onları deportasiya eləyəcəklər. Təəssüf ki. deportasiya olunurlar. Gərək Azərbaycan bunu eləməyəydi».
«Səhər televiziyası» Azərbaycanda o qədər də arzuolunan media orqanı deyil. Ölkə mətbuatında da tez-tez «Səhər» televiziyasının anti-Azərbaycan təbliğatı apardığı barədə yazılar yer alır. Ola bilərmi ki, jurnalistlərin saxlanmasına səbəb də bu olsun? Bürhan Hişməti bu ehtimalı istisna eləmir, amma onun fikrincə, bu jurnalistlər «Səhər» üçün məsuliyyət daşımırlar:
«Bəlkə də «Səhər»ə görə onları həbs ediblər. Amma düzgün İş deyil. Səhər televiziyası da bir kanal kimi fəaliyyət göstərir, qanunsuz bir iş tutmayıb. Xüsusilə bu iki nəfər qanunsuz iş tutmayıb. Onların saxlanması heç də düz iş deyil».
İranın «Press TV» kanalının məlumatına görə isə, Lənkəran polisi «Səhər» televiziyasının əməkdaşlarından 600 manat pul tələb eləyib, onlar bundan imtina etdikdən sonra viza məsələsi ortaya atılıb. Polis idarəsi isə İran vətəndaşlarından pul istənilməsini təkzib edir.