Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

XİN Tacikistana gedənlərə xəbərdarlıq etdi


Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana getmək istəyənlərə xəbərdarlıq edib. Bu xəbərdarlıq avqustun 5-də nazirliyin internet saytında yerləşdirilib.
Xəbərdarlıqda qeyd olunur ki, Tacikistanda təhlükəsizliklə bağlı ümumi vəziyyət sabit olsa da, bu ölkənin Əfqanıstan, Qırğızıstan və Özbəkistanla sərhəd ərazilərinə səyahətlər çox təhlükəlidir. Bu ölkələrlə sərhədlərin hər iki tərəfində yerləri nişanlanmış və nişanlanmamış minalanmış ərazilər mövcuddur.

Xəbərdarlıqda qeyd edilir ki, paytaxt Düşənbədə təhlükəsiz olsa da, Əfqanıstanla sərhəd ərazilərdə tez-tez narkotik alverçiləri və sərhədçilər arasında silahlı toqquşmalar baş verir.

Nazirlik bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Tacikistanda «donuz qripi»nə yoluxma halları baş verməsə də, ümumi regionda virusla bağlı təsdiqlənmiş faktlar mövcuddur.

Azərbaycanın Xarici İşlər Nazirliyi 2009-cu ildə dörd ölkə - Meksika, Əfqanıstan, Tacikistan və Pakistanla bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Meksika ilə bağlı xəbərdarlıq H1N1- «donuz qripi»lə, Əfqanıstan və Pakistanla bağlı xəbərdarlıqlar isə bu ölkələrdə baş verən terror hadisələrilə bağlı olub.
XS
SM
MD
LG