Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:23

Gürcüstan hərbi potensialını artırır


Gürcüstan hərbi potensialını artırır-yeni təcavüzə hazırlaşır.

Bunu Rusiya baş qərərgah rəisinin müavini Anatoli Naqovitsin bu gün Moskvada keçirilmiş mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, gürcü-abxaz və gürcü-osetin münaqişə zonasında hücum əməliyyatına hazırlaşmır.

Avqustun 8-də Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin 1 ili tamam olur.

Son günlər yenidən gücü-osetin münaqişə zonasında vəziyyət ytenidən gərginləşib.

Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Rusiya dünən bəyan edib ki, Gürcüstan tərəfindən mümkün provokasiyanın qarşısını almaq üçün Cənubi Osetiyadakı Rusiya qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Ötən ilin avqust hadisələrindən sonra Rusiya Gürcüstanın separatrçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.
XS
SM
MD
LG