Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

Ali məktəblərə qəbul olunanların siyahısı açıqlandı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009/2010-cu tədris ili üçün Azərbaycan ali məktəblərinin bakalavr pilləsinə keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

I, II, III və IV ixtisas qruplarına qəbulla bağlı imtahanların nəticələri komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib və «Abituriyent» jurnalının 6-cı sayında dərc olunub.

Eyni zamanda abituriyentlər nəticələri 77 27 («İmtahancell») iş nömrələrini mesaj göndərməklə də öyrənə bilərlər.

Bu il üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 % dolub.

Ali məktəblərin bakalavr pilləsinə 114 min abituriyent sənəd vermişdi.
XS
SM
MD
LG