Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:16

ABŞ Gürcüstana silah verəcəyini istisna etmir


ABŞ Gürcüstana müdafiə xarakterli silah verəcəyini istisna etmir, baxmayaraq ki, Rusiya buna etiraz edir. ABŞ Müdafiə nazirinin müavini Aleksandr Verşbou belə deyib.

Avqustun 4-də Senatda çıxış edərkən Verşbau bildirib ki, ABŞ-ın Gürcüstana hərbi yardımı ilk növbədə təlim və ordunun modernləşdirilməsinə yönələcək. Və əlavə edib ki, «digər yardım formaları”isə hələ də masa üzərindədir.

Bu arada Rusiyanın XİN-nin müavini Griqori Karasin deyib ki, ABŞ Gürcüstanın «yenidən silahlandırılmasında əsas rol oynayır»” və əlavə edib ki, bu yardım Gürcüstanın demokratikləşməsinə xidmət etmir.
XS
SM
MD
LG