Avqustun 20-dən İsraillə Azərbaycan arasında aviareyslər dayana bilər. «Azərbaycan Hava Yolları» (AZAl) Dövlət Konserni mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, bu Bakıya hava reysi açmaq istəyən qarşı tərəfin tələblərilə bağlıdır. Belə ki İsrail Bakı hava limanında aviaysiya təhlükəsizliyilə bağlı məsələləri özü həll etmək istəyir. Amma AZAL buna razı deyil və hesab edir ki, konsern özü təhlükəsizliklə bağlı məsələləri özü həll edir.
Məhərrəm Səfərli deyir ki, bu səbəbdən də qarşı tərəf xəbərdarlıq edir ki, onların tələbləri qəbul olunmayacağı halda avqustun 20-dən AZAL təyyarələrinin İsrailə uçuşuna icazə verilməyəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyində isə bunu iki şirkət arasında texniki məsələ hesab edirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyir ki, lazım gələrsə nazirlik bu məsələdə vasitəçi ola bilər:
«Bu sırf iki avia şirkət arasında olan texniki məsələdir. Burda nə qanunvericilik və nə də siyasətlə bağlı hər hansı problem yoxdur. Xarici İşlər Nazirliyi bu işlərdə sadəcə olaraq vasitəçi rolunda çıxış edə bilər».