Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Bill Klinton Pxenyanda Kim Çen İrlə görüşüb


Keçmiş ABŞ prezidenti Bill Klinton Pxenyanda Şimali Koreyanın lideri Kim Çen İrlə görüşüb.

Bu barədə Şinali Koreyanın kütləvi informasiya vasitələri xəbər verir.

Ağ evin nümayəndəsi Bill Klintonun Şimali Koreyada şəxsi səfərdə olduğunu təstiqləyib.

Məqsəd bu ölkədə 12 il həbs cəzasına məhkum edilmiş amerikalı jurnalistləri azad etməkdi.

Jurnalistlər Laura Lin və Yuna Li bu ilin martında Çinlə Şimali Koreya sərhədində saxlanıblar.

Şimali Koreya onları sərhədi qanunsuz keçməkdə ittiham edir.
XS
SM
MD
LG