Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:11

Lənkəranda İran jurnalistləri saxlanıb


Lənkəran polisi İranın Səhər televiziyasının iki əməkdaşını saxlayıb. Lənkəran polis idarəsindən Azadlıq radiosuna verilən məlumata görə, İran vətəndaşları iyulun 23-də viza müddəti başa çatdığı üçün tutulublar. İki saat sonra isə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə təhvil veriliblər.
Miqrasiya Xidmətinin mətbuat katibi Zərnişan Ağayeva isə onlarda belə bir məlumat olmadığını bildirir.
İranın «Press TV» kanalı isə məlumat verir ki, iranlı jurnalistlər hələ də buraxılmayıblar. Onların açıqlamasına görə, Lənkəran polisi «Səhər» televiziyasının əməkdaşlarından 600 manat pul tələb eləyib, onlar bundan imtina etdikdən sonra viza məsələsi ortaya atılıb. İran televiziyası jurnalistlərin viza müddətinin bitmədiyini bildirir.
Lənkəran polis idarəsi isə İran vətəndaşlarından pul istənilməsini təkzib edir.
XS
SM
MD
LG