Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

ABŞ təhsilli məzunlar gənclərin həbsindən narahatdı


ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, biz bu hadisənin düzgün araşdırılması və məhkəmənin ədalətli qərar çıxaracağına ümidlə yanaşırıq.

ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Birləşmiş Ştatlarda təhsil almış azərbaycanlı məzunları özündə birləşdirir.

Təşkilat 2003-cü ildən fəaliyyət göstərir, məqsədi məzunların yaradıcı potensialının gerçəkləşdirilməsinə dəstək verməkdi.

Gənc fəallar Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş vermiş münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar.

Hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülmüş ittihamı əsassız hesab edirlər.
XS
SM
MD
LG