Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Naxçıvanın 85 illiyi qeyd olunub


Naxçıvan şəhərindən bir görünüş
Naxçıvan şəhərindən bir görünüş
Prezident İlham Əliyevin Naxçıvana səfəri davam edir. Avqustun 4-də dövlət başçısı təmirdən yeni çıxmış Heydər Əliyev adına sarayda Muxtar Respublikanın 85 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.

Dövlət başçısı Naxçıvanın sosial və iqtisadi inkişafında xidmətləri olan bir qrup şəxsi orden və medallarla təltif edib.

Prezidentin Muxtar Respublikaya səfəri ilə əlaqədar olaraq əhalinin yollarda, küçələrdə hərəkəti məhdudlaşdırılıb. Dövlət başçısı keçməli olduğu küçələrdə bir neçə saat əvvəldən gediş gəliş məhdudlaşdırılır.

Sakinlər hesab edirlər ki, yerli hakimiyyət orqanları kiminsə prezidentə məktub verəcəyindən, şikayət edəcəyindən ehtiyatlanırlar.

Səfərinin yekununda prezidentin Naxçıvan MR Ali Məclisində müşavirə keçirəcəyi gözlənir.
XS
SM
MD
LG