Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:47

Özbəkistan Rusiyanın yeni bazasına etiraz edir


Özbəkistan Rusiyanın Qırğızıstanda yeni hərbi baza yaratmaq planını tənqid edib.

XİN-nin bəyanatında deyilir ki, bu addım radikal ekstremist qüvvələri bərpa edə və regionda qeyri-sabitliyə səbəb ola bilər.

Ötən həftə Rusiya ilə Qırğızıstan bu ölkədə ikinci hərbi bazanın yaradılması barədə ilkin razılığa gəliblər. Bazanın Özbəkistanla sərhəddə yerləşəcəyi güman olunur.

Razılaşmaya görə Rusiya qüvvələri Qırğızıstanda 49 il qalacaq.

Hazırda Rusiyanın Qırğızıstanda bir hava bazası var.

ABŞ-ın da Qırğızıstanda hava bazası var, ondan Əfqanıstandakı hərbi əməliyyatlara dəstək vermək üçün istifadə edir.

XS
SM
MD
LG