Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 09:39

Bill Klinton Şimali Koreyaya gedib


ABŞ-ın sabiq prezidenti Bill Klinyon Şimali Koreyaya səfər edib. Səfər zamanı o, ölkə rəsmiləri ilə iki amerikalı jurnalistin azadlığa buraxılması barədə danışıqlar aparacaq.

Jurnalistlər – Laura Lin və Yuna Li «ağır cinayətlərdə» ittiham olunurlar. Onlar mart ayında Çinlə Şimali Koreya sərhədində saxlanıblar. Şimali Koreya onları sərhədi qanunsuz keçməkdə ittiham edir.

Jurnalistlər 12 illiyinə azadlıqdan məhrum edilib.

Ağ Ev və Dövlət Departamenti səfərlə bağlı şərh vermək istəməyib.
XS
SM
MD
LG