Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:49

Bağdad və kürd liderləri danışıqları bərpa eləyib


İraq Baş naziri və Kürd muxtariyyəti arasında ərazi və neft yataqlarının bölgüsüylə bağlı danışıqlar bərpa edilib.

Baş nazir Nuri Əl Maliki Kurd muxtar bölgəsinə səfər eləyib, burda İraqın prezidenti- milliyətcə kürd olan Cəlal Talabani, muxtariyyətin lideri Məsud Barzaniylə görüşüb.

Görüşdən sonra Əl Maliki danışıqlardan razı qaldığını deyib.

İraqdakı kürdlər ənənəvi olaraq kürdlərin yaşamadığı, türkmanlarla mübahisəli bölgə olan Kərkükü də nəzarət altına almaq istəyir: bu bölgədəki neft yataqları üzündən.

Barzani daha öncə Kərkük məsələsində güzəştə getməyəcəyini desə də, görüşdən sonra bu məsələylə bağlı uyğun həll variantının tapılacağına inandığından danışıb.
XS
SM
MD
LG