Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:56

İsraildə daha bir nəfər H1N1 virusundan ölüb


İsraildə “donuz qripi” kimi tanınan H1N1 virusundan sayca ikinci adam ölüb. Ölən ölkənin şimalında yaşayan 24 yaşlı qadındır. Bu haqda İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu ölkədə qripin ilk qurbanı isə 34 yaşlı kişi olmuşdu.

Ümumdünya Səhiyyə Təşkilatı iyunun 11-dən donuz qripinin pandemiya səviyyəsinə çatdığını elan edib.

Bu günədək dünyada bu virusdan 800-dən artıq adam ölüb.


XS
SM
MD
LG